Avropa dövlətləri Azərbaycana tətbiq edilmiş silah embarqosunu qaldırır

21/12/2019 - 00:34 19 665 0   0  

2018-2019-cu illərdə Avropanın 10-a yaxın dövləti Azərbaycana tətbiq edilən silah embarqosunu qaldırıb və ya yumşaldıb.

Bu barədə “AzeriDefence” hərbi sənaye kompleksindəki mənbələrdən məlumat əldə edib.

Onların arasında əvvəlki illərdə Ermənistanla hərbi münaqişəni əsas gətirərək, Azərbaycana sərt embarqo tətbiq edən Qərbi və Şimali Avropa dövlətləri üstünlük təşkil edir.

Embarqonun aradan qaldırılmasından dərhal sonra Azərbaycanın hərbi qurumları ilə Avropanın müdafiə sənayesi şirkətləri ilə ilk müqavilələr imzalanıb və realizasiya mərhələsinə qədəm qoyub.

Qeyd edək ki, bəzi Avropa dövlətləri eyni qaydada münaqişənin digər tərəfi olan işğalçı Ermənistana da tətbiq olunan silah embarqosunu aradan qaldırıb və ya məhdudiyyətli satışlara “yaşıl işıq” yandırıblar.