"ATƏT nümayəndəsi Kasperşik erməni agentidir" - Hərbi ekspert Ü. Cəfərov

02/04/2019 - 15:08 15 445 0   0  

Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov gündəmdə olan məsələlərlə əlaqədar Eurasia Diary-ə ekskluziv açıqlamalar verib.

İlkin olaraq Ermənistan müdafiə naziri David Tonoyanın yeni ərazilərin işğalı ilə bağlı açıqlamasına münasibət bildirən Ü. Cəfərov qeyd edib ki, bir ölkənin baş naziri Vyanada, danışıqlar masasında, sülh şərtlərini müzakirə etdiyi vaxtda müdafiə naziri Nyu-Yorkda hücumdan, yeni ərazilərin işğalından danışırsa, deməli bu ölkədə hökümət iyerarxiyası pozulub və daxili anarxiya hökm sürür. Hökümət nümayəndələri bir-birinə zidd bəyanatlar səsləndirir. Ancaq istənilən halda Azərbaycan tərəfi bu bəyanatlara qarşı öz sərt mövqeyini ortaya qoymalıdır. Tonoyanın verdiyi açıqlamalar Ermənistan dövlətinin siyasi xətti kimi qəbul edilməli və BMT Təhlükəsizlik Şurası və ATƏT-ə bu barədə hesabatlar verilməlidir.

tonoyan ile ilgili görsel sonucu

U. Cəfərovun həmçinin qeyd edib ki, “ATƏT Qarabağ probleminin həllində nəinki heç bir rol oynamır, əksinə bu qurum münaqişənin həlli üçün yeni maneələr yaradır. ATƏT-in sədrinin daimi nümayəndəsi Anjey Kasperşik isə ümumiyyətlə “persona non qrata” elan edilməlidir. O, Azərbaycana buraxılmamalıdır. O, illərdir diplomatik nümayəndə kimi danışıqlarda və təmas xəttindəki monitorinqlərdə iştirak edir. Ancaq onun fəaliyyəti yarıtmaz və səmərəsizdir. Bunula birlikdə, Kasperşik sözün həqiqi mənasında erməni agentidir. O, Azərbaycandan aldığı məlumatları qarşı tərəfə ötürür. Həmçinin bu adam tez-tez verdiyi yazılı bəyanatlarda Qarabağdakı qondarma rejimi müstəqil dövlət kimi qeyd edir. Onun bəyanatlarında işğalçı və separatçı rejim “Dağlıq Qarabağ Respublikası” kimi qeyd edilib. Bu adamın çalışdığı qurum olan ATƏT də daxil olmaqla dünyada heç bir beynəlxalq qurum və heç bir dövlət bu qondarma rejimi müstəqil dövlət kimi tanımayıb. Bəs nə üçün bu adam öz bəyanatlarında rejimi müstəqil dövlət kimi qeyd edib? 2016-cı ildə Ermənistan hərbi təyyarəsi vurularkən onun içərisindəki erməni meyidlərini Kasperşik gecəylə Ermənistana aparmışdı. Ancaq təəssüflər olsun ki, illərdir qanunsuz şəkildə Ermənistan dövləti tərəfindən həbs edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev haqda nə ATƏT, nə də Kasperşik heç bir tədbir görmür”.

Andrzej Kasprzyk ile ilgili görsel sonucu

 

 Ü. Cəfərovun sözlərinə görə, “Hərbi strateji obyektlər barədə məlumatların mətbuatda verilməsinin qarşısını almaq lazımdır. Bəzən prezidentin müxtəlif hərbi hissələri ziyarət etməsi zamanı “Dron”larla çəkiliş aparılır və bu televiziyada yayımlanır. Dronla çəkilən kadrlarda hərbi hissələrin girişi, çıxışı, maddi-texniki bazası və s. əyani şəkildə təsvir edilir. Düşmən kəşviyyatı bəzən sırf bu tipli çəkilişlər və məlumatlar üçün agentlərə milyonlarla pul xərcləyir. Ancaq biz bunu açıq şəkildə televiziyada nümayiş etdiririk. Belə məsələlərdə maksimum dərəcədə diqqətli olmaq lazımdır”.

“Azərbaycan son illərdə hərbi arsenalını olduqca genişləndirib. Əvvəllər əsasən Rusiyadan silahlar alırdıq. İndi İsrail, Pakistan, Türkiyə, Çexiya, Belarusiya və digər dövlətlərdən müxtəlif yeni texnologiyalar və müasir silahlar alırıq. Xüsusən Ermənistan “İsgəndər” raketlərini əldə etdikdən sonra Azərbaycanın Belarusiyadan “Polonez” raketlərini alması Rusiyada ciddi narahatlıq yaratdı. Rusiya hər vasitəyə əl atdı ki, biz bu raketlərə yiyələnə bilməyək. Ancaq bu gün Polonezlərimiz var və döyüşə hazır vəziyyətdədir. Qeyd etmək lazımdır ki, Polonez roket sistemləri İsgəndər roketlərinin əsas alternativi hesab edilir. Həmçinin son günlər Ermənistanın Rusiyadan “Su 24” qırıcıları alması günəmdədir. Biz də Pakistandan “JF” qırıcılarını almaq barədə müqavilə imzalamışıq. Hansı ki, o qırıcılar son döyüşlərdə Hindistanın başını çox ağrıtmışdı. Bir faktı da vurğulamaq lazımdır ki, Azərbaycanda çox güclü hava hücumundan müdafiə sistemi mövcuddur. Bu müdafiəni təmin edən “Barrak 8” müdafiə kompleksidir”.

  abarak 8 ile ilgili görsel sonucu