Araikin bu açıqlaması Türkiyəni AYAĞA QALDIRDI - “Ərdoğan prezident seçilməsə, Azərbaycan...”

30/04/2023 - 15:45 2 173 0   0  

“Prezident İlham Əliyevin Türkiyəyə səfəri seçkilər öncəsi Rəcəb Tayyib Ərdoğana ən böyük dəstəyin ifadəsidir. Sosial Tədqiqatlar Mərkəzinin apardığı rəy sorğusu nəticəsində məlum olub ki, Azərbaycanda respondentlərin 90.4%-i mayın 14-də Türkiyədə keçiriləcək seçkilərdə Ərdoğanın qalib gəlməsini arzulayır. Dolayısı ilə bu səfər seçki öncəsi iki qardaşın bir-birinə yardımı mənasına gəlir”.

Bu sözləri türkiyəli politoloq Hüsamettin İnaç deyib.

inaç.jpg (57 KB)

Politoloq xatırladıb ki, Türkiyədə hazırkı müxalifət açıq şəkildə Azərbaycan-Ermənistan əlaqələrində Ermənistanın yanında olduğunu bildirib:

“Məsələn, Türkiyənin Azərbaycandakı keçmiş səfiri, hazırda Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun baş məsləhətçisi olan Ahmet Ünal Çeviköz “Biz Azərbaycanla qətiyyən maraqlanmayacağıq, Fransa kimi davranacağıq, Ermənistanla Azərbaycanı başbaşa buraxacağıq, Şuşa Bəyannaməsini ləğv edəcəyik” deyə bildirib. Bu baxımdan Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla, o cümlədən türk dünyası ilə əlaqələrin inkişafındakı rolunun fərqindədir. Dolayısı ilə İlham Əliyev seçkilər öncəsi Azərbaycan olaraq Türkiyənin və Ərdoğanın yanında olduğunu ifadə etmək istəyib.

2671ea8b-8720-3be0-9dac-394aa5d12bf2_850.jpg (74 KB)

İkinci önəmli nöqtə “Texnofest”lə əlaqəlidir. Çünki “Texnofest” Türkiyənin müdafiə sənayesinin milliləşdirilməsində çox önəmli həmlə nəticəsində ortaya çıxıb. Bənzər həmlələr qardaş Azərbaycanda da görülməkdədir. Dolayısı ilə innovasiya tədqiqatları və silah texnologiyasında, müdafiə sənayesində ciddi işbirliyi var. İHA-lar, SİHA-lar və digər müdafiə sənayesi məhsulları Türkiyə ilə bərabər, bundan sonra Azərbaycanda da istehsal olunacaq. Üçüncü əsas nöqtə Ermənistanın, qondarma “Dağlıq Qarabağ Respublikası”nın təxribatçı addımları ilə bağlıdır. Qondarma qurumun rəhbəri Araik Arutyunyan “Ərdoğan seçkilərdə uduzacaq, İlham Əliyev isə öz ordusunu da götürərək bu coğrafiyadan uzaqlaşacaq” kimi tərbiyəsiz bir açıqlama verib. Son dönəmlər Nikol Paşinyan və Arutyunyanın ABŞ-ın sülh sazişi planı çərçivəsində hərəkət etdiyini görürük. Amerika Qarabağ məsələsində ermənilərə ciddi təzyiq göstərir. Çünki ABŞ Cənubi Qafqazda Rusiyanın varlığını aradan qaldırmağa çalışır. Əlbəttə, belə bir durumda Rusiya ABŞ-ı cavabsız qoymayacaq. Rusiya-Ukrayna müharibəsinə bənzər savaşın olmaması üçün Rəcəb Tayyib Ərdoğan kimi bir dünya liderinə, türk dosta ehtiyac var”.  

Politoloq Azərbaycanın Kahramanmaraşda inşa edəcəyi məhəllədən də danışıb:

“Azərbaycanın dəhşətli zəlzələlərlə bağlı Türkiyəyə, Kahramanmaraşa dəstək verməsi Azərbaycan xalqının və liderinin alicənablığını, qardaşlığa verdiyi əhəmiyyəti göstərir.

2f102588-c2e8-3dc0-8a60-c7c015db89d1_850.jpeg (145 KB)

Bu addımlarla Azərbaycan Türkiyənin yanında olduğunu göstərir. Xüsusilə ağrılı vəziyyətlərdə, faciələr zamanı əsl dostluq üzə çıxır. Türkiyə Azərbaycanın dəstəyini heç zaman unutmayacaq”./Musavat.com