Anonymus Culian Asancın həbsi ilə bağlı İngiltərəyə xəbərdarlıq edib

12/04/2019 - 23:07 8 824 0   0  

Məşhur xaker qrupu “Anonymus” dünən Ekvadorun Böyük Britaniyadakı səfirliyində həbs edilən Culian Asancla bağlı xəbərdarlıq xarakterli video yayımlayıb.

Videoda onun bu günə kimi yaydığı məlumatlar qısa şəkildə xatırladılır.

Asanc dövlətin düşmənidir. Çünki həm solun, həm də sağın cinayətlərini ifşa edən həqiqi jurnalistdir. Müasir dövrdə belə jurnalistlərin sayı o qədər azdır ki, həqiqi jurnalistin necə olmalı olduğunu bilmirik -xaker qrupu deyir.

“Anonymus” sülhsevər inqilaba başlayacaqlarını bəyan edib Çünki internetin gücü onlara təzyiq edəcək. CIA-dən tutmuş, ABŞ prezidentinə, Assancı səfirlikdən çıxarıb aparan polislərə qədər hamısı xalq düşməni olduğunu göstərdi. “Anonymus”un buna uyğun hərəkət etməsinin vaxtı çatıb. Xaker qrupu Assanc üçün Böyük Britaniyada da aksiyaların təşkil edilməsinə çağırıb və sonda Böyük Britaniyanı hədələyib:

Bu bir xəbərdarlıqdır; ya Assancı azad edin, ya da bu sizə baha başa gələcək! Bizim birləşmək, ayağa qalxmaq və döyüşmək vaxtımız gəldi! Biz Anonimik. Biz legionuq. Biz bağışlamırıq. Biz unutmuruq, Bizi gözləyin!