Araşdırmaçı-tarixçi Şahlar Hacıyev ermənilərin əcdadlarının Anadolu bölgəsində necə ortaya çıxdıqları barədə məlumat verərkən bildirir ki,e.ə. XIII-XII əsrlərədək Balkan yarımadasında makedoniyalılar və illiriyalılar arasındakı bölgələrdə yaşayan protohaylar, həmin əsrlərdə Kiçik Asiyaya yerləşmişlər.
E.ə. VI əsrdə Fərat çayının yuxarı axarındakı Ermən bölgəsinə gəldikləri üçün adları Bisutin yazısına düşmüşdür.
İ.M.Dyakonov isə bu tarixi VI əsrdən XII-X əsrlərə qədər qədimə çəkir, çünki o dövrdə assur yazılarında adı xatırlanan “musk” tayfalarını hay sayır. Bəzi tədqiqatçılar da hayların muşk boylarından biri olduğunu güman etdikləri üçün onların Anadoluya gəlişini XII əsrə aparıb çıxarırlar. Lakin nəzərə almaq lazımdır ki, assur, urartu və yəhudi mənbələrində muşk etnonimi hayları deyil, friqləri bildirir. Əlbəttə, bu fikirlərlə o vaxt razılaşmaq olardı ki, həmin çağlara aid yazıda heç olmasa bircə hay sözü olsun, ancaq nə bölgə onomastikasında, nə də yazılı qaynaqlarda belə bəlgə yoxdur. Ancaq bu, hayların nə vaxtsa “friq-musk” boyları ilə olan əlaqəsini istina etmir. Görünür, qədim hayların içində yayılmış Friq, Muşeğ şəxs adları hay-friq və hay- muşk əlaqələrini göstərir.
IX əsrdə qafqaz dilli Urartu dövləti meydana çıxdı və bu çağlarda Suriyanın şimalına çoxlu aramey axınları başlamışdı.
Əgər hay tayfaları X-VII əsrlər arası Fərat çayının yaxınlarında olsaydı, onların adı buraları dəfələrlə ələk-fələk edən assur və ya urartu çarlarının yazılarına düşərdi. Həm də unutmayaq ki, Ərmən ölkəsi VIII-VII əsrlərdə sak-qamər türklərinin at oynatdığı ərazilərin ortasında yerləşirdi.
Friq dövlətinin bir koloniyası olan haylar bu dövlət dağılandan sonra, e.ə. VII əsrdə Suriyanın şimal-qərb bölgələrinə, Urartu dövləti dağılandan sonra isə e.ə.VI-III əsrlər arasında Diyarbəkirdən xeyli yuxarı olan qədim subarların Ermen bölgəsinə sızmışlar.
Hayların miqrasiya yolunu Balkan yarımadası-Friqiya-Şimali Suriya-Ermən və Arminiya istiqamətində olduğunu qədim tarixçilərin sözləri əsasında nəzəri baxımdan bərpa etmək olur, lakin bu miqrasiyanın tarixini dəqiq müəyyənləşdirmək çətindir, çünki həmin miqrasiya çağlarında hayların öz dilində bircə dənə də olsun söz və ya işarə yoxdurki, heç olmasa, təxmini tarixə bələdçilik eləsin.
Erməni ölkəsinin türk yurdu olmasını sübut edən faktlardan biri də hay dilindəki türkizmlərdir.
İlk dəfə bu fikri hələ 1870 də alman alimi Mordman söyləmişdir. Hətta hay dilində elə türkizmlər var ki, onlar dilin arxaik qatını əks etdirir.
Haylar Ermən ölkəsinə gələndə onların dili türk sözlərilə zənginləşdi, lakin bu dil bütövlükdə hind-avropa təbiətini saxlaya bildi, sonralar isə Xilafət dövründə Azərbaycan bölgəsinə yaxınlaşdıqca, türk dilinin təsiri altına düşüb əvvəlki formasından xeyli uzaqlaşdı.
Anadoluda erməni etnosu necə ortaya çıxdı?-Şahlar Hacıyev
Araşdırmaçı-tarixçi Şahlar Hacıyev ermənilərin əcdadlarının Anadolu bölgəsində necə ortaya çıxdıqları barədə məlumat verərkən bildirir ki, e.ə. XIII-XII əsrlərədək Balkan yarımadasında makedoniyalılar və illiriyalılar arasındakı bölgələrdə yaşayan protohaylar, həmin əsrlərdə Kiçik Asiyaya yerləşmişlər.
E.ə. VI əsrdə Fərat çayının yuxarı axarındakı Ermən bölgəsinə gəldikləri üçün adları Bisutin yazısına düşmüşdür.
İ.M.Dyakonov isə bu tarixi VI əsrdən XII-X əsrlərə qədər qədimə çəkir, çünki o dövrdə assur yazılarında adı xatırlanan “musk” tayfalarını hay sayır. Bəzi tədqiqatçılar da hayların muşk boylarından biri olduğunu güman etdikləri üçün onların Anadoluya gəlişini XII əsrə aparıb çıxarırlar. Lakin nəzərə almaq lazımdır ki, assur, urartu və yəhudi mənbələrində muşk etnonimi hayları deyil, friqləri bildirir. Əlbəttə, bu fikirlərlə o vaxt razılaşmaq olardı ki, həmin çağlara aid yazıda heç olmasa bircə hay sözü olsun, ancaq nə bölgə onomastikasında, nə də yazılı qaynaqlarda belə bəlgə yoxdur. Ancaq bu, hayların nə vaxtsa “friq-musk” boyları ilə olan əlaqəsini istina etmir. Görünür, qədim hayların içində yayılmış Friq, Muşeğ şəxs adları hay-friq və hay- muşk əlaqələrini göstərir.
IX əsrdə qafqaz dilli Urartu dövləti meydana çıxdı və bu çağlarda Suriyanın şimalına çoxlu aramey axınları başlamışdı.
Əgər hay tayfaları X-VII əsrlər arası Fərat çayının yaxınlarında olsaydı, onların adı buraları dəfələrlə ələk-fələk edən assur və ya urartu çarlarının yazılarına düşərdi. Həm də unutmayaq ki, Ərmən ölkəsi VIII-VII əsrlərdə sak-qamər türklərinin at oynatdığı ərazilərin ortasında yerləşirdi.
Friq dövlətinin bir koloniyası olan haylar bu dövlət dağılandan sonra, e.ə. VII əsrdə Suriyanın şimal-qərb bölgələrinə, Urartu dövləti dağılandan sonra isə e.ə.VI-III əsrlər arasında Diyarbəkirdən xeyli yuxarı olan qədim subarların Ermen bölgəsinə sızmışlar.
Hayların miqrasiya yolunu Balkan yarımadası-Friqiya-Şimali Suriya-Ermən və Arminiya istiqamətində olduğunu qədim tarixçilərin sözləri əsasında nəzəri baxımdan bərpa etmək olur, lakin bu miqrasiyanın tarixini dəqiq müəyyənləşdirmək çətindir, çünki həmin miqrasiya çağlarında hayların öz dilində bircə dənə də olsun söz və ya işarə yoxdurki, heç olmasa, təxmini tarixə bələdçilik eləsin.
Erməni ölkəsinin türk yurdu olmasını sübut edən faktlardan biri də hay dilindəki türkizmlərdir.
İlk dəfə bu fikri hələ 1870 də alman alimi Mordman söyləmişdir. Hətta hay dilində elə türkizmlər var ki, onlar dilin arxaik qatını əks etdirir.
Haylar Ermən ölkəsinə gələndə onların dili türk sözlərilə zənginləşdi, lakin bu dil bütövlükdə hind-avropa təbiətini saxlaya bildi, sonralar isə Xilafət dövründə Azərbaycan bölgəsinə yaxınlaşdıqca, türk dilinin təsiri altına düşüb əvvəlki formasından xeyli uzaqlaşdı.
Suveren.az
Bölmənin xəbərləri