Mədən sənayelərinə malik ölkələr üzrə “azadlıqların” müdafiəçisi rolunda ixtisaslaşmış Amnesty İnternationalın dünya üzrə missiyasının görsənməyən tərəfləri…
Bir neçə il öncə UNICEF dünyada azyaşlıların əməyə cəlb olunması , onların əməyinin istismar olunması ilə bağlı dəhşətli bir hesabat dərc etmişdi. Hesabatın əsas yükü Afrika qitəsində azyaşlıların əməyinin istismarı üzərində idi. Hesbatdan aydın olurdu ki , Afrikada yüz minlərlə azyaşlıların əməyindən mədən sənayesi və qanunsuz qazıntılarda istifadə ilə istismar olunurmuş.
Ümumiyyətlə onu qeyd edim ki, üçüncü dünya cooğrafiyası adlandırdığımız Afrika qitəsində “ həyatın və sənayenin bütün spektrları üzrə “ istismar olunmaq Afrikalı azyaşlıların sərt həyatlarının bir hissəsi olması heç kimə sirr deyil.
Bu hesabatda mənim diqqətimi çəkən iki ayrı məqam var idi. Birincisi, istismar faktlarınin ancaq mədən sənayesini əhatə etməsi və bir də ən əsası, Afrikanın 54 dövlətinin 30-a yaxının mədən sənayesinə malik olduğu halda bu dövlətlərindən ancaq bir neçəsinin adının keçməsi .
Hesbatın əsas yükü , Konqo Demokratik Respublikasında mədən sənayesində azyaşlıların əməyinin istismarına həsr olunmuş və hesabata görə bu ölkədə hər il 40 mindən çox azyaşlı mədən sənayesində çalışırmış.
Konkret olaraq hesabatda haqqında danışılan 100 minə yaxın azyaşlıdan 40 mindən çox azyaşlı Kongo Demokratik Respublikasında kobaltın əldə olunması üçün mədənlərdə və qanunsuz qazıntılarda çalışırmişlar.
UNİCEF in bu hesabatında Afrika üzrə tərtibatçı, Konqoya dair belə dəhşətli göstəricilərin müəllifi Azərbaycanda diqqətli siyasət izləyicilərinə tanış olan , bütün dünyada mədən sənayesi ölkələri üzrə “azadlıq dərəcəsinin” tənqidçi rolunda ixtisaslaşmış Amnesty İnternational idi.
İnsaf naminə demək lazımdır ki, UNİCEF bu hesabatın sonunda bir az qərəzsiz və tərəfsiz görsənmək üçün Kongoda azyaşlıların mədən sənayesində gündəlik xərclər və ən əsası təhsil qazanmaq üçün çalışmaları haqqında bir qeyd də etmişdir.
Ümumi Afrika üçün xarakterik olan azyaşlıların əməyinin istismarı və bu faktın qara qitənin 30 yaxın ölkəsinin mədən sənayesinə mövcudluğuna rağmən UNİCEF in hesabatında ancaq Kongonun kobalt sənayesinin hallanması və bunun ardınca bu ölkəyə başlanan basqılar və bu basqıların nəticəsi haqqında yazmaq istəyirəm.
Planetimizdə ehtiyatının tam yarısı Kongonun payına düşən kobaltın dünya iqtisadiyyatında mövcud yeri haqqında onu deyim ki , 2000 ci illərə qədər bərk mineral maddə kimi müxtəlif sənaye, elmi , tibbi sahədə geniş istifadə olunmuş, 2000 ci illərdən sonra isə cib telefonların , smart qurguların , noutbuklar və digər yüksək İT avadanlıqlarnın və ən əsası da elektriklə işləyən maşınların batareysının istehsalında strateji xammal kimi istifadə olunur.
Kobaltın dünya iqtisadiyatında gələcək mövqeyi haqqında oxucularımızda aydın təsəvvür yaransın deyə qeyd edim ki , G-20 dövlətləri artıq 2020-ci ilin ortalarından ekoloji məqsədlərlə ənənəvi daxili yanma mühərrikləri olan avtomobillərdən qanunvericilik səviyyəsində imtina edəcəkləri haqqında sazişi imzalamışlar.
Bu isə ənənəvi daxili yanma mühərikinə malik maşınların yaxın gələcəkdə tarixə qovuşacağı, yerini ekoloji təmiz , batareyalı elektrikli nəqliyyat vasitələrinə ötürəcəyi anlamına gəlir . Belə avtomobillərin batareyasınin isə kobaltdan istifadə olunmaqla istehsal olunacağını nəzərə alsaq , çəkinmədən kobaltı 21 ci əsrin strateji məhsulu adlandıra bilərik.
İndi isə , qayıdaq Amnesty İnternational tərtibatında UNİCEF-in azyaşlıların əməyinin istismarı hesabatının Kongonun mədən sənayesinə və kobalt istehsalına etiyi təsirinə.
Amnesty İnternationalın tərtib etdiyi UNİCEF-in bu hesabatı Kongonun ümumdünya maliyyə institutları və reytinq dərəcələrinə üzrə göstəricilərinə təsir etdi. Nəticə kimi isə nəğd maliyyə diffisiti riskləri qorxusu üzərindən Kongo mədən sənayesinə imtiyazlı əsaslarla yeni xarici şirkətləri buraxmaq , bir sözlə dövlətin milli sərvətlərini transmilli şirkətlərə imtiyazlı əsaslarla işləmək məcburiyyətində qaldı.
Əlbətdə , nə bu hesabat , nə də bu hesabatın izi ilə Kongoya təşrif buyurmuş transmilli şirkətlər , nə Kongoda nə də Afrikanın digər ölkələrində mədən sənayesində gündəlik xərcləri və təhsil haqqını ödəmək üçün işləmək məcburiyyətində qalan azyaşlıların həyatına təsir etmədi. Əvəzində isə bu hesabatın sifarişçiləri və transmilli şirkətlər 21 ci əsrin belə bir strateji məhsulunun istehsalı və ixracatı prosesində söz və pay sahibi oldular.
Yeganə Hacıyeva ,
Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert
Amnesty İnternationalın missiyasının gözlə görsənməyən tərəfləri…

Bölmənin xəbərləri