“Almaniyada imamlıq peşə təhsilinə ehtiyac var” - Angela Merkel

12/12/2018 - 20:36 9 856 0   0  

Almaniya kansleri Angela Merkel imamlara uyğun peşə təhsilinin verilməsinin vacibliyini vurğulayıb.

"Mənə görə, Almaniyada imamlıq peşə təhsilinə ehtiyac var. Bu bizim müstəqilliyimizi təmin edər və gələcək üçün vacibdir", deyə Merkel qeyd edib.

Suveren.az xəbər verir ki, Federal Məclisdə deputatlardan birinin "Türk İslam Dini Birliyi daxili kəşfiyyat qurumu olan Konstitusiya Qoruma Təşkilatı (BfV) tərəfindən izlənəcəkmi" sualına cavab verən Merkel bildirib ki, kimin nə vaxt və necə izlənəcəyinə təhlükəsizlik orqanları qərar verir.

Türk İslam Dini Birliyinin üzvlərilə əməkdaşlıq etdiyini qeyd edən Merkel məsələ ilə bağlı Türkiyə tərəfi ilə əlaqələr yaradıldığını bildirib: "Türk İslam Dini Birliyilə bağlı narahatlıqlar var və bunu aidiyyəti şəxslərə çatdırmışıq. Almaniya universitetlərində İslam dini tədris olunur. Mənə görə, Almaniyada imamlıq peşə təhsilinə də ehtiyac var. Bu bizim müstəqilliyimizi təmin edər və gələcək üçün vacibdir".