Almaniyanın 16 əyalətində fəaliyyət göstərən əyalət parlamentlərində təmsil olunan deputatların maaşı olduqca yüksəkdir.
AzEuroNews.com xəbər verir ki, ancaq deputat maaşları əyalətlərə görə dəyişir. Məsələn, Almaniyada ən yüksək maaşı Şimali Reyn Vestfaliya (NRW) əyalətinin deputatları alırlar. Ən çox əhalisi olan Almaniyanın bu əyalətində deputat maaşı 8 min 981 avrodur. Ən az maaş alanlar isə, Hamburq əyalət parlamentinin deputatlarıdır. Onların maaşı 2833 avro təşkil edir. Hazırda əyalət parlamentində deputat maaşlarının 30 % artırılması ilə bağlı müzakirələr gedir. Hamburq parlamenti deputat maaşlarını Berlindəki həmkarlarının aylıq məvaciblərinə çatdırmaq istəyir. Berlin əyalət parlamentinin deputatları isə, ayda 3 840 avro maaş alırlar.
Əyalətlərə görə deputat maaşları aşağıdakı kimidir:
Alman deputatlar nə qədər maaş alır? – SİYAHI

Şimali Reyn Vestvaliya : 8.981 avro
Şlezviq-Holşteyn: 8.425 avro
Bradenburq: 8.388 avro
Bavariya : 8.183 avro
Hessen: 7.975 avro
Baden Vürttemberq: 7.963 avro
Aşağı Saksoniya: 6.973 avro
Raynland Pfalz: 6.736 avro
Saksoniya Anhalt: 6.605 avro
Meklenburq-Ön Pomeraniya: 5.967 avro
Saksoniya: 5.804 avro
Saarland: 5.759 avro
Türingiya: 5.623 avro
Bremen: 5.087 avro
Berlin: 3.840 avro
Hamburq: 2.833 avro