"Alışanovun dövründə deyil, bir neçə gün qabaq ərizə yazmışam" - AzTV-dən gedən rəis

23/01/2019 - 14:25 2 578 0   0  

AzTV-dən öz ərizəmlə çıxmışam. Kimsə məni işimdən çıxarmayıb. Alışanovun dövründə deyil, bir neçə gün bundan qabaq ərizə yazmışam.  

Suveren.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında AzTV-nin Maliyyə idarəsinin sabiq rəisi  Şahrza Əliyev deyib.
Ş.Əliyev bildirib ki, onun fəaliyyətiylə bağlı audit yoxlamalarının aparıldığı barədə xəbərlər doğru deyil: "Bircə onu deyə bilərəm ki, heç bir audit yoxlamaları aparılmır".
Şahrza Əliyev gələcək fəaliyyətindən də söz açıb: "Bir müddət təhsil sahəsində çalışmışam. Təbii ki, bizə ehtiyac olacağı təqdirdə yenidən təhsil sahəsinə qayıtmağımız mümkün ola bilər. İxtisasca iqtisadçıyam. Harada olsa, özümə iş tapmaq gücünə malikəm. O qədər özəl şirkətlər var ki!.. İqtisadçılara həmişə ehtiyac var. Ona görə də işdən çıxmağımla bağlı heç bir problem yoxdur".