Aleksey Navalnı müalicə üçün Almaniyaya aparıldı

22/08/2020 - 14:26 7 276 1   0  

Rusiyanın Omsk şəhərinin Təcili Tibbi Yardım xəstəxanasında müalicə alan Aleksey Navalnı nəhayət ki, xüsusi tibbi təyyarə vasitəsi ilə Almaniyaya yola salınıb. 

“Report” “TASS”a istinadən xəbər verir ki, koma vəziyyətində olan rusiyalı müxalifətçi Berlin şəhərindəki “Şarite” klinikasında müalicəsini davam etdirəcək. 

Məlumata görə, təyyarə Omsk Beynəlxalq Hava Limanından yerli vaxtla saat 04: 59-da (Bakı vaxtı ilə - 05:59) uçub.

Xatırladaq ki, 20 avqust tarixində rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnının Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən halı pisləşib.

İlkin məlumata görə, siyasətçi naməlum maddə ilə zəhərlənib. Hazırda siyasətçinin komada olduğu bildirilir. Yerli həkimlərin onun zəhərləndiyi iddiasını rədd edirlər.