Xaçın məliyi Həsən Cəlalın 1238 ci ildə, Gəncəsər adlanan vəngin yanında, soy səbriskarının olduğu yerdə gözəl, bəzəkli bir kilsə-dünyanın günahlarından təmizlənmək üçün daim qurbanlıq quzu gətirilən kiçik bir məbəd tikdirdi.
Onun üzərində çox illər çalışdılar və iş sona çatdıqda təmtəraqlı bir ziyafət təşkil etdilər. Orada alban katalikosu, hökümlü Nerses də öz çoxsaylı yepiskopları ilə iştirak etmişlər.
Qeyd edək ki, Xəzinədağ (Gəncəsər) monastır kompleksi keçmiş Ağdərə rayonunun ( indiki Kəlbəcər) Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən XIII əsrə aid xristian alban monastırıdır. O, orta əsrlərdə Alban Həvari Kilsəsinin iqamətgahı olmuşdur.
Məbədin divarındakı daş kitabə üzərində həkk edilmiş epiqrafik yazıdan belə aydın olur ki, bu abidə Xaçın ölkəsinin Alban vilayətinin yüksək və böyük məlikbəyi, Böyük Əsənin nəvəsi, Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216 -1238-ci illərdə inşa edilmişdir.
1261-ci ildə tatarlar tərəfindən Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlal Dövlənin oğlu knyaz Atabəy gətirib həmin məbəddə dəfn etmişdir.
Bu məbəd 1511-ci ildən 1836-cı ilə, yəni Rusiya Sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək monofizit alban xristianlarının iqamətgahı olmuşdur. Həsən Cəlalın nəslindən olan bir çox alban din xadimləri, o cümlədən katalikoslar bu kompleksin ərazisində dəfn olunmuşlar.
Alban kilsələri silsiləsindən Xəzinədağ monastr kompleksi-Şahlar Hacıyev
Xəzinədağ (Gəncəsər /Qandzasar) monastır kompleksi.

Şahlar Hacıyev
Bölmənin xəbərləri