Alban kilsələri silsiləsindən - Oxçu (Tatev) monastr kompleksi

09/08/2020 - 18:05 7 198 1   0  

Oxçu vəngi monastr kompleksinin əsası IX-cu əsrdə Gorusdan 20 km aralıda qoyulmuşdur. Bu məbəd QAFAN ALBAN MƏLİKLİYİNİN dini-mədəni mərkəzi olmuşdur.

Ermənilər bu kilsə və monastr kompleksini "Tatev" adlandırırlar və belə hesab edilir ki, həmin ad həvari Fadeyin bölgədə xristianlığı təbliğ edərkən şəhid olmuş şagirdi Estatisun adından qaynaqlanır, onun şərəfinə belə adlandırılmış, sonradan onun adı tələffüzdə təhrifə uğrayaraq "Tatev" formasına düşmüşdür. Bu adı türk dilində də izah etmək cəhdi olmuşdur. Məsələn, Əziz Ələkbərlinin fikrincə ad "tat" (böyük) və "ev" sözlərindən ibarətdir və "böyük ev" anlamında işlədilmişdir.
Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, monastr kompleksinin yerləşdiyi ərazi xristianlıqdan çox-çox əvvəllər burada məskunlaşmış qıpçaq-qarqarların qədim məbədi mövcud olmuşdur. IV-cü əsrdə bölgədə xristianlığın yayılmasından sonra həmin məbədin yerində kiçik xristian klisəsi inşa edilmişdir.


Stepanosun yazdığına görə, 848-906-cı illərdə köhnə kilsənin yanında yeni monastrın inşasına başlanmışdır. Sonralar Qafan bəyi I Vasak tərəfindən yenidən bərpa edilmiş və müdafiə sistemi ilə möhkəmləndirilmişdir. XI-ci əsrdə monastrda 1000-dən çox rahib yaşayırdı. 1087-ci ildə məlik Senekeremin və məlikə Şahanduxtun hakimiyyəti dövründə kompleksin şimalında Müqəddəs Məryəm ana kilsəsi inşa olunmuşdur. 1136-cı ildəki zəlzələdə ciddi dağıntıya məruz qalmış və 1170-ci ildə Səlcuqlar tərəfindən yandırılmış, XII-ci əsrin sonunda yepiskop Stepanosun göstərişi ilə yenidən bərpa olunmuşdur. XIV-cü əsrdə Oxçu (Tatev) Alban Universitetinin əsasının qoyulmasından sonra kompleks böyük mədəniyyət mərkəzinə çevrilmişdir.
1836-cı ildə Erməni-hay Qriqoryan Kilsəsinin yeparxiyalarından birinə çevrilmişdir.

Şahlar Hacıyev