Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev bu gün dünyasını dəyişib.
Suveren.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ç. Əliyev 1963- cü ildə Bakıda anadan olub. 2013-cü ilin dekabrında Azərbaycan Dövlət Dəniz Akademiyasında Beynəlxalq əlaqələr üzrə prorektor, 2014-cü ilin iyulundan ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışıb.
Ölkə başçısının 24 iyul 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib. “Donanmanın fəxri işçisi” olan Çingiz Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb, prezidentin 21 oktyabr 2018-ci il tarixli sərəncamı ilə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.
Akademiyanın rektoru vəfat edib

Allah rəhmət eləsin!
Bölmənin xəbərləri