Müxalifət lideri Aleksey Navalnıyın Omsk şəhərindəki qərargahı sosial şəbəkələr vasitəsilə siyasətçinin tərəfdarlarını xəstəxanaya toplanmağa və həkimlərdən müalicə üçün Almaniyaya aparılmasını tələb etməyə çağırıb.
“İnterfaks”ın verdiyi xəbərə görə, qərargahın açıqlamasında bildirilib ki, Navalnıyın daşınmasına qoyulan qadağa ona qarşı edilən sui-qəsd cəhdidir.
Siyasətçinin mətbuat katibi Kira Yarmış jurnalistləri prezidentin mətbuat katibi Dmitri Peskovdan “Alekseyin evakuasiyası ilə bağlı dəqiq bir mövqe” əldə etməyə çağırıb.
“Dünən Peskov hakimiyyətin bu məsələ ilə bağlı kömək etməyə hazır olduğunu vəd edib. Biz birmənalı bəyanat gözləyirik”,- deyə Yarmış qeyd edib.
Qeyd edək ki, Almaniyadan siyasətçi üçün göndərilən tibbi təyyarə artıq Omskda eniş edib. Navalnıyın həyat yoldaşı Yuliya onun Almaniyada müalicə olunmağını istəyir.
Xəstəxananın baş həkimi Aleksandr Muraxovski jurnalistlərə bildirib ki, ötən gecə Navalnıyın vəziyyəti yaxşılaşsa da hələ ki, stabil deyil, bu səbəbdən həkimlər onun daşınmasına icazə verməyə cəsarət etməyiblər./qafqazinfo
Ailəsi Navalnıyın Almaniyada müalicə olunmağını tələb edir

Bölmənin xəbərləri