Aİ-dən Rusiyaya GÖZLƏNİLMƏZ HƏMLƏ

13/12/2018 - 23:20 13 156 0   0  

Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini yarım illiyinə uzadıb.

Suveren.az publika.az-a istinadla xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk "Twitter"də yazıb.

"Qərar: Aİ Minsk razılaşmalarının həyata keçirilməsində heç bir irəliləyiş olmadığını nəzərə alaraq, Rusiyaya qarşı iqtisadi sanksiyaları yekdilliklə uzadır", - deyə Tusk bildirib.

Bundan əvvəl isə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməyəcəyi bildirilmişdi.