"Ağzınıza yiyəlik edin!" - Paşinyandan sərt XƏBƏRDARLIQ

31/01/2019 - 22:10 13 390 1   0  

“Ermənistanın baş naziri Nikol Paşinyan yeni seçilən deputatlara az müsahibə verməyi, “Mənim addımım” parlament fraksiyasının beynəlxalq qurumlarda təmsil olunan üzvlərinə isə ağızlarına yiyəlik etməyi məsləhət görüb”.

Bunu “Past” qəzeti yazıb.

“Deputat korpusunun susmasının daha yaxşı olduğunu Paşinyanın komandasında da hamı anlayır. Fəaliyyət göstərdikləri qısa zaman ərzində onların, xüsusilə bəzi deputatların çıxışı, baş nazir Nikol Paşinyan və hakimiyyət üçün problem mənbəyi olub”, - deyə qəzet vurğulayıb.

Bildirilib ki, gənc deputatların “boşboğazlığı” təcrübəsizliklərindən irəli gəlir. Bu səbəbdən Paşinyan deputatların müsahibə vermələrinin məhdudlaşdırılması barədə tapşırıq verib.

Deputatların “boşboğazlığına” dair nümunə olaraq, Nikol Paşinyanın “Mənim addımım” fraksiyasının üzvü Hayk Koncoryanın Ermənistanın dostu olan İranı “avtoritar dövlət” adlandırmasını göstərmək olar. Bu ifadə sosial şəbəkələrdə qalmaqala səbəb olmuşdu.