Ağsuya yeni başçı göndərilir - "Seyidəliyevlər xanədanı" yıxılır...

18/10/2018 - 11:08 2 164 0   0  

Gələn həftə Ağsu rayon icra hakimiyyətinin başçısı dəyişdirilir. Bu barədə dia.az-a raypndakı qaynaqlar informasiya verib.

Qeyd edək ki, buna qədər də ilk olaraq dia.az portalı Ağsunun icra başçısı Ənvər Seyidəliyevin yaxın günlərdə görəvdən alınacağını xəbər vermişdi. Bildirək ki, Seyidəliyev keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun dayısıdır.

Mənbə bildirir ki, Ənvər Seyidəliyev məhz bacısı oğlunun hədəfə çevrilməsi səbəbindən çıxdaş olunur: "Bu gün Ağsu tamamən Seyidəliyevlərin əlindədir. Yəni bir dinastiyanın sonu çatmaq üzərədir".

Mənbə onu da əlavə edib ki, Səlim Müslümov bu vaxta qədər dayısına toxunulmaması üçün əlindən gələni edib və etməkdədir... /dia.az