Ağstafadakı dəhşətli qətliamın SENSASİON TƏFƏRRÜATI – Uzun illərin qan davası daha 4 can aldı... / DƏHŞƏTLİ FAKTLAR

17/06/2019 - 14:03 24 983 0   0  

Bu gün səhər saatlarında Ağstafa rayonunda törədilən dəhşətli qətliamla bağlı Suveren.az sensasion informasiyalar əldə edib. Məlumata görə, hər şey uzun illər əvvəl iki ailə arasında baş verən torpaq mübahisəsindən qaynaqlanıb. Belə ki, Ağstafanın Sadıxlı kənd sakinləri - Novruz və Şəbiddin Musayev qardaşlarının ataları Fərrux Musayevlə həmkəndlisi (Ramiz Süleymanov olduğu bildirilir – red.) arasında baş verən məlum mübahisə qanla nəticələnib. Yəni ikinci (Ramiz Süleymanov) Novruz və Şəbbidin qardaşlarınını ataları Fərruxu qətlə yetirib. Bundan bir müddət sonra, yəni 12 il əvvəl Novruz, Şəbiddin və adı bizə məlum olmayan digər qardaşları atalarının qisasını almaq məqsədilə Ramiz Süleymanovu qətlə yetiriblər. Nəticədə Novruz və Şəbiddin 12 il, digər qardaşları isə 15 il müddətinə azadlıqdan məhrum edilib. 

Novruz və Şəbiddin Musayev qardaşları bir neçə gün əvvəl azadlığa çıxdığından, mərhum Ramiz Süleymanovun oğlu 1994-cü il təvəllüdlü Elnur Süleymanov yenə dəd qisas məqsədilə belə bir dəhşətli qətliam törədib. Qeyd olunur ki, o, “Kalaşnikov” avtomatı ilə silahlanan 25 yalı oğlan bazara gələrək qan davasında olduğu Musayev Şəbiddin Fərrux oğlunu, onun qardaşı Novruzu və anası Şərqiyyəni, həmçinin onların yanında satıcı kimi çalışan Cəlilova Zeynəb Baba qızını güllələyərək öldürüb.

O da bildirilir ki, Şəbiddin Musayev və Novruz Musayev 2007-ci ildə digər qardaşları ilə birgə Elnurun atası Ramiz Süleymanovu və əmisini qətlə yetirib. Bir neçə gün əvvəl onlar həbsxanadan çıxıblar. Digər qardaşları isə həbsdə qalıb. İki qardaş bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan analarının yanında işləməyə başlayıblar. Bundan sonra ata və əmisinin qisasını almağı planlaşdıran Elnur məlum cinayəti törədib.

Artıq 4 nəfəri güllələyərək öldürən, daha 4 nəfəri isə yaralayan 25 yaşlı Elnur Süleymanov saxlanılıb.

Məlumata üçün bildirək ki, Ağstafa rayonunda bazarda güllələnmə nəticəsində yaralananların adları məlum olub. "Report"un verdiyi məlumata görə, bunlar 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur. Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.

Suveren.az

P.S. Mövzunu davam etdirəcəyik.