Afrində partlayış: 3 ölü, 9 yaralı

23/01/2019 - 15:54 2 788 0   0  

Afrin şəhərində növbəti partlayış törədilib.

Avropa.info xəbər verir ki, bir il bundan öncə Türkiyənin “Zeytin budağı” əməliyyatı nəticəsində terrorçulardan azad edib, nəzarət altında olan Suriyanın şimalındakı Afrin şəhərində son 4 gün ərzində ikinci partlayış törədilib.

Hadisə minalanmış avtomobilin partladılması nəticəsində baş verib. Partlayış Ahrar Şarkiyyə bazasının yanında olub.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində azı 3 nəfər ölüb, 9 nəfər yaralanıb. Hadisənin digər təfərrüatı barədə məlumat verilmir.