Özünü din xadimi kimi təqdim edən, əlsində isə mütəşəkkil cinayətkar dəstə başçısı olan Adnan Oktarın “kedicik”lərindən biri qaçırılıb.
Publika.az xəbər verir ki, həbsdə olan Tuba Babuna adlı mürid sağlamlıq problemləri səbəbilə azadlığa buraxılıb.
Lakin onun anası təxliyə olunduqdan sonra qızından 4 gündür ki, xəbər ala bilmədiyini deyib. Ananın iddiasına görə, qızı qaçırılıb: “Bizim bilmədiyimiz bambaşqa bir yer aparırlar. Təşkilat tərəfindən qaçırılıb qızım. Onun xəstəliyi 2-3 il öncə təşkilatda ikən üzə çıxmışdı. Uşaqlarımı bu təşkilatdan xilas etmək üçün hər şey edəcəyəm”.
Qeyd edək ki, Tuba Babuna Adnan Oktar ilə 31 il öncə, 18 yaşında ikən tanış olub. Daha sonra onun bacı və qardaşları da təşkilata daxil olub. Ailəsi illərlə uşaqlarını təşkilatdan xilas etməyə çalışsa da, bacara bilməyib.
19 iyul 2018-ci ildə polisin əməliyyatları nəticəsində həbs olunan Tuba 15 apreldə azadlığa buraxılıb.
Adnan Oktarın "kediciyi" qaçırıldı - HƏBSXANADAN YENİ ÇIXMIŞDI...

Bölmənin xəbərləri