"ABŞ terrorçulara zərbə endirməyə davam edəcək" - Dövlət katibi

10/01/2019 - 21:29 11 383 0   0  

"ABŞ Yaxın Şərqdə terrorçulara bağlı hədəflər ortaya çıxdıqca onlara hava zərbələri endirməyə davam edəcək".

Bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo Qahirə Amerika Universitetində ölkəsinin Yaxın Şərqdəki fəaliyyəti və hədəflərinə həsr olunan çıxışı zamanı bildirib.

“ABŞ terrorla mübarizədə bundan sonra da etibarlı tərəfdaş olacaq. Regionda hədəflər ortaya çıxdıqca hava zərbələrinə davam edəcəyik. İŞİD-i məhv etmək üçün koalisiyadakı ortaqlarımızla birgə çalışacağıq. Yaxın Şərqdə və bütün dünyada sığınacaq axtaran terrorçuları izləməkdə davam edəcəyik”, - deyə dövlət katibi vurğulayıb.

Qeyd edək ki, daha öncə ABŞ prezidenti Donald Tramp Suriyadakı hərbi qüvvələrin geri çağırılacağını bəyan edib.(teleqraf)