"ABŞ-ın maraqlarına xidmət edən alətə çevrilməyəcəyik" - Sergey Lavrov

24/12/2018 - 19:32 23 164 0   0  

“Vaşinqton Rusiyanı ABŞ-ın maraqlarına xidmət edən alətə çevirə bilmyəcək”.

Bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir qeyd edib ki, Moskva və Vaşinqton arasındakı əlaqələrdə əsas problem Birləşmiş Ştatların mövcud əlaqəyə lazım olan qiymət verməməsidir.

Lavrov Amerikanın Rusiyanı adi bir obyekt kimi qəbul etdiyi iddiasını səsləndirib.

“ABŞ Avropada nizam yaratmaq və Avro-Atlantik blokunu gücləndirmək üçün çalışır. Məsələn, Rusiyanı Çinə qarşı necə istifadə etmək haqda müzakirələr aparırlar. Çox kədərlidir, ABŞ bizi öz maraqlarına xidmət edən alətə çevirmək istəyir.

Bizimlə bu istiqamətlərdə işləmək istəyirlər. Amma bu, bizimlə baş tutmayacaq”.(teleqraf)