ABŞ İranı fəzaya daşıyıcı raket buraxmaqdan imtinaya çağırdı

03/01/2019 - 21:29 31 528 0   0  

ABŞ İranı fəzaya daşıyıcı raket buraxmağa son qoymağa çağırıb".

“Report” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib.

“İran Müdafiə Nazirliyi yaxın aylarda fəzaya üç daşıyıcı raket buraxmaq planlarını açıqlayıb. Bu da BMT Təhlükəsizlik Şurasının 2231 nömrəli qətnaməsinə daha bir hörmətsizlikdir. İqtisadi və diplomatik təcridin daha da dərinləşməməsi üçün rejimə raket buraxmağa son qoymağı, ballistik raketlərlə bağlı hər cür fəaliyyətdən əl çəkməyi tövsiyə edirik", - deyə o vurğulayıb.