ABŞ-dan “Vaqner”lə bağlı Həftərə xəbərdarlıq: “ƏLAQƏNİZİ KƏSİN”

03/07/2020 - 17:45 8 254 1   0  

ABŞ hakimiyyəti Liviyanın şərqində yuva salmış qiyamçı general Xəlifə Həftərin tərəfdarlarına “Vaqner” şirkətindən olan muzdlu hərbçilərlə əlaqələri və neft mədənlərini bağlamaq addımları ilə bağlı xəbərdarlıq edib.

ABŞ XİN-in yaydığı açıqlamada çərşənbə günü Birləşmiş Ştatların nümayəndə heyətinin Həftərin təmsilçiləri ilə videokörpü vasitəsi ilə görüşdüyü bildirilir.

Görüşdə Liviyada atəşkəs əldə eləmək məqsədi ilə 5+5 formatında hərbi komitənin iclaslarında irəliləyiş olmasının vacibliyi qeyd edilib.

Açıqlamada deyilir: “ABŞ heyəti Liviya Milli Ordusunun Rusiya Müdafiə Nazirliyi ilə bağlı “Vaqner” qrupu ilə əlaqəsinin və Liviyadakı neft mədənlərini bağlamasının ABŞ və Liviyanın mənafeyinə zidd olduğunu vurğulayıb. Bu, Liviyanın suverenliyinə zərər verdiyi kimi, daxili müharibəni də şiddətləndirərək, mühüm neft ehtiyatlarının zərər çəkməsinə səbəb ola bilər”./Hurriyyet.org