ABŞ-da Xristafor Kolumbun heykəli irqçiliyin simvolu kimi sökülüb çaya atıldı:Yerli Amerikalı hindular prezident Trampa etiraz etdi

06/07/2020 - 00:55 6 241 3   0  

Donald Tramp, Corc Floydun ölümündən bu yana ölkə miqyasında kükrəyən etiraz aksiyalarını öz üzərinə götürdü.

Suveren.az bu barədə "Bloomberg"ə istinadla bildirir. Vaşinqtondakı 4 iyul Müstəqillik Günü münasibətilə çıxışında “Bu an radikal solçularıa qalib gəlmək üzrəyik: marksistlərə, anarxistlərə, təbliğatçılara, qarətçilərə” dedi. "Washington Post"un məlumatına görə, ettirazçı qruplar və onların əleyhdarları şəhərin simvolu olan yerlərdə toplaşdılar. 

Tramp, "Rushmore Dağı" abidəsində əvvəlki gecə, “tarixi abidələri dağıdıb yerlə yeksan edən insan qrupunun “bizim tariximizi silmək, qəhramanlarımızı qaralamaq, dəyərlərimizi alt-üst ütmək, uşaqlarrmızı yoldan çıxarmaq” kampaniyasının bir parçası olduğu barədə sözlərini təkrarladı. “Baltimore Sun” qəzetinin yazdığına görə, etirazçılar “Kiçik İtaliya” məhəlləsinin yaxınlığında Xristafor Kolumbun heykəlini aşırdılar və onu çaya atdılar.

4 İyul gecəsi şəhərin ətrafında fişənglər atıldı. Klivlend hinduları Vaşinqtonlu qırmızı dərililəri kimi addım ataraq “tərəflərlə ən yaxşı hərəkat planını müəyyən etmək üçün” prosesə cəmiyyəti də qoşmağa hazırlaşdıqlarını bildirdi. Bu programdan əvvəl yerli Oglala Siyu qəbiləsinin lideri Julian Bear Runner, Trampın 4 İyul tədbirlərində iştirak etməməsinin gərəkli olduğunu söyləmişdi və ABŞ prezidentinin Amerikanın yerli aborigen xalqından oğurlanan ərazisində ucaldılmış bu abidəni ziyarət etməsini özlərinə qarşı təhqir hesab edəcəklərini vurğulamışdı.

Suveren.az