Böhran situasiyanın əslində necə olduğunu tam aydın şəkildə ortaya qoyur. 2008-2009-cu ilin maliyyəböhranında böyük iqtisadiyyatları olan G20 ölkələri iqtisadi gücün varlı dünyanın “G7 ölkələrindən” kənarda necə yayıldığını əks etdirərək, öz işini qurdu.
Covid-19 pandemiyası çılpaqlığı ilə göstərdi ki, dünyada qlobal liderlik yoxdur. Bu dəfə G20 dövlətləri “lazım olan tədbirləri görmək” və kasıb ölkələrin borclarının ödənilməsinə yardım vədlərindən başqa bir iş görmədi. AİDS və Ebola ilə mübarizə aparmaq üçün qlobal hərəkata başçılıq edən ABŞ, öz iç qarşıdurmaları ilə baş-başa qaldı və BMT TŞ bunu fəaliyyətsizlik kimi təsdiqlədi. TŞ-nin beş daimi üzvü üç Qərb, Rusiya ilə Çin arasında qaldı: bəzi şübhələr var ki, bu avtoritar ikilik-Rusiya və Çin öz aralarında rəsmi razılaşma əldə ediblər. Rusiya ümumi qərarlara tez-tez veto qoyur, çox vaxt Çinin tərəfində durur. Covid-19-a dair təcili hərəkətə keçməyin yerinə, TŞ üzvləri krizisin ilk müzakirəsinə yalnız apreldə toplaşa bildi. ABŞ ilə Çin -dünyanın iki hakim və fövqəlgücü arasında rəqabət-ticarətdən texnologiyaya, maliyyədən Asiya regionunda ağalığa qədər-artıq intensiv hala gələnədək pandemiya zirvəyə qalxdı.
Amerikada Çinə qarşı intellektual mülkiyyəti oğurlayan, ABŞ-ın açıqlığından yararlanıb onu qabaqlamaq istəyəm bir baxış bucağı var. Öz növbəsində Çində də Amerikanı geridə qoymaq meyli artır.
ABŞ-ın qlobal liderlikdən hər bir dərəcə geriyə çəkilməsi Çin üçün irəli atılma şansıdır. Covid-19 böhranı bu rəqabət haqda söyləntiləri həqəqiət uyğun ola biləcəyini sübut edir, belə ki, ABŞ pandemiya məsələıində Çini günahlandırır. Çin isə özünün bu pandemiya ilə başa çıxmağa qadir ölkə olduğunu sübut etməyə başlayır. ABŞ-ın dünya liderliyindən hansısa şəkildə geri çəkilməsi Çinin bu yeri tutmasına şərait yaradır. Belə ki, ABŞ ÜST-ə maliyyəni kəsdiyi zaman, Çin özünü "xilaskar mələk kimi göstərərək" pandemiya ilə mübarizə üçün 2 milyard dollar maliyyə vədi verdi.
Prezident Şi Jinpinq Çini fərqliliyin çempionu kimi təsvir edir və “qlobal hökumət sistemində islahatlar aparılmasında fəal iştirak etmək” istəyindən danışır.
Çin ABŞ-ın təsis etdiyi institutlardan kənarda təsir kanalları qurur. O, Dünya Bankının yerini almaq niyyətilə Asiya İnfrastruktur İnvestisiya Bankı qurdu. Braziliya, Rusiya, Hindistan və Cənubi Afrika daxil olmaqla BRİGS, Rusiya, Hindistan və Pakistan kimi ölkələr olmaqla 8 ölkəni birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı ilə öndə gedir. Çin həmçinin yalnızca BMT-də deyil, mövcud olan qurumlarda təsirini artırır, belə ki, Amerika sərtləşdikcə, ümumi və sülhməramlı layihələrə maliyyəni artırdı. İddiaları daha da artdı.
“On il əvvəl Çin daha təvazökar, sadəcə inkişaf etməkdə olan ölkə olmağa iddia edirdi”, deyə Avropalı diplomat BMT də bildirdi. “İndi isə demək olar ki, onların qarşısında heç bir maneə yoxdur, onlar artıq sistemi idarə etmək istəyirlər”.
Romadakı Qida və Kənd Təsərrüfatı Təşkilatı və Cenevrədəki Beynəlxalq Telekommunikasiya Birliyi daxil olmaqla BMT-nin 15 ixtisaslaşmış agentliyindən dördünün başında Çinlilər durur. Amerikalılar yalnız birinə rəhbərlik edir.
Çinli rəsmilər milli suverenlik və inkişafın vacibliyini vurğulayaraq, insan haqları və ona uyğun tövsiyyələrin sənədlərə salınmaması üçün əlləşir. Çin pərdə arxasında Şin Şinjiang və Tibetdə, Şərqi Türküstanda törətdiyi repressiyaların üstünü örtmək üçün qollarını çırmalayıb, cani-dildən çalışır.
Çin üçün əhəmiyyətsiz sənədlərdə və kiçik forumlarda kiçik qələbələr təşkil olundu, amma ona qarşı yenə də qaşlar çatılır. Ola bilər ki, məqsəd dünyanın yükünü daşıyan ABŞ-ın yerini tutmaq olmasıın. Güman ki, sonrakı inkişafı üçün rahat yol istəyir. Yeni Amerika Təhlükəsizlik Mərkəzi bu nəticəyə gəlib ki, Çin “dünyanı öz avtokratiyası üçün zərərsizləşdirir”, yəni özünün atvoritar nizamını dünyaya sırımaq üçün gücü çatdıqlarını ələ alır, gücü çatmadıqlarını isə "yolundan götürür". Uzun müddət ABŞ buna fikir vermədi, amma indi prosesi geriyə döndərməyə çalışır. Mart ayında Dövlət Katibliyi Çinin və digərlərinin BMT-də “zərərli təsirinə” qarşı çıxmaq üçün diplomat Mark Lamberti təyin etdi. Bu cəhdlər Çinin Dünya Əqli Mülkiyyət Təşkilatında 5-ci BMT agentliyində ən yüksək vəzifə tutmaq təklifini əngəlləməyə yardım etdi. Ən azından bu hərəkətlər ABŞ administrasiyasının çoxtərəfli qurumların nəyə qadir olduqlarını göstərdi.
ABŞ Çinin onun əlindən almaqda olduğu "fövqəlgüc statusunu" geri qaytarmağa çalışır
Böhran situasiyanın əslində necə olduğunu tam aydın şəkildə ortaya qoyur. 2008-2009-cu ilin maliyyə böhranında böyük iqtisadiyyatları olan G20 ölkələri iqtisadi gücün varlı dünyanın “G7 ölkələrindən” kənarda necə yayıldığını əks etdirərək, öz işini qurdu.

Ülviyyə Şükürova
Bölmənin xəbərləri