AB-dən Türkiyə AÇIQLAMASI: "Ankara ilə yaxşı qonşu olmalıyıq"

25/06/2020 - 18:53 6 202 0   0  

Avropa Birliyi (AB) Xarici Siyasət və Təhlükəsizlik İşləri Ali təmsilçisi Josep Borrel, Türkiyə ilə yaxşı münasibətlər qurmağın Yunanistanın və AB-nin xeyrinə olduğunu bildirərək, "Bu səbəblə Türkiyə ilə əlaqəyə keçərək təkrar etimad yaratmalıyıq" dedi.

Yunanistanı ziyarət edən Josep Borrel, XİN Nikos Dendias ilə Türk-Yunan sərhədi yaxınlığındakı Evros bölgəsində yoxlamalar etdi.

Borrel daha sonra təşkil etdikləri birgə mətbuat konfransında, Türkiyə ilə yaxşı qonşuluq qurmanın ən çox Yunanıstana fayda verəcəyini ifadə edərək, "Türkiyə ilə yaxşı münasibətlər qurulması üçün heç kimin Yunanistandan daha vacib səbəbləri yoxdur. Çünki son nəticədə yaxşı qonşu olmalıyıq" dedi.