85 yaşında oxuma-yazma öyrənməyə başladı

17/01/2019 - 21:41 15 796 0   0  

Türkiyənin Bursa şəhərində yaşayan 85 yaşlı qadın yaşına və hava şəraitinə baxmayaraq, hər gün 2 kilometr piyada yol gedərək oxumaq-yazmaq öyrənib.

Şahizər Yıltır adlı qadın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın başladığı kampaniya çərçivəsində bu addımı atıb.

Şahizər nənə 2 ayda yazıb oxumağı öyrənib.

Uşaqlığında cəmi 1 il məktəbə gedən yaşlı qadın indiyədək hərf tanımırmış.(teleqraf)