4 yaşlı uşaq su kanalında boğularaq ölüb

14/01/2019 - 23:25 2 497 0   0  

Saatlı rayonunda azyaşlı su kanalında boğulub.

Suveren.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Fətəlikənd kəndində baş verib.

Kənd sakini, 2015-ci il təvəllüdlü Vidadi Fətəliyev yanvarın 13-də axşam saatlarında evin yaxınlığındakı su kanalının kənarında gəzərkən ehtiyatsızlıqdan kanala yıxılıb.

Azyaşlı hadisə yerində boğulub ölüb.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.