Ötən ilin oktyabrında sosial şəbəkələrdə Xətai rayon Məhkəməsinin dəhlizində çəkildiyi iddia olunan videoda sifətində xəsarət izləri görünən şəxs iddia edirdi ki, törətmədiyi oğurluq cinayətini onun üzərinə qoymağa çalışırlar. O bildirirdi ki, bu üzdən işgəncəyə məruz qalıb. Elə həmin anlarda da polis əməkdaşları məhkəmənin qarşısında onu zorla maşına mindirib aparmışdı...
İsmayıl Qəhrəmanov adlı həmin şəxsə mayın 4-də hökm oxunub. 8 il azadlıqdan məhrum edilən Qəhrəmanov bağ evindən seyfdən 40 min dollar və 2 min avro pul oğurluğunda təqsirli bilinib. İddia olunur ki, evdə içində 130 min dollar pul olan başqa bir seyf də olub, ancaq onu sındıra bilməyib. Onun əldə etdiyi pulun 20 min dollarını dostu Kənan Əliyevə verdiyi bildirilirdi. Bu üzdən Əliyev də onunla birlikdə mühakimə olunurdu. Əliyev istintaq dövründə külli miqdarda oğurluqda suçlansa da, sonda məhkəmə onu cinayəti bilib xəbər verməməkdə təqsirli hesab edərək 3 il həbs cəzası kəsib.
Bu cinayət işi bir dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, lakin 2022-ci ilin iyulunda məhkəmə onu geri qaytarmışdı. Üstəlik, hakim bu işin istintaqını aparan müstəntiqin cəzalandırılması üçün onun haqqında xüsusi qərar çıxarmışdı. Qərarda da göstərmişdi ki, istintaq zamanı çoxsaylı kobud qanun pozuntularına yol verilib, Qəhrəmanovun müdafiə hüququ pozulub və s.
Cinayət işi təkrar istintaqa qaytarılandan sonra təqsirləndirilənlərin hər ikisi – həm Qəhrəmanov, həm də Əliyev həbsdən buraxılıb. Sentyabrda onlar haqqında başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.
Narkotik ittihamı ilə saxlanılandan sonra...
Bundan cəmi bir ay sonra – oktyabrda Qəhrəmanov Xətai rayonu ərazisində saxlanılıb, onun üzərindən narkotik tapıldığı iddia olunub və inzibati qaydada həbs olunması üçün Xətai rayon Məhkəməsinə gətirilib. Lakin hakim onu həbs etməyib, 300 manat cərimə cəzası ilə azadlığa buraxıb. Sözügedən video da məhz həmin qərardan sonra məhkəmənin dəhlizində çəkilmişdi.
"Mən məhkəmədən buraxılmışam, amma polislər gəlib məhkəmənin qarşısında dayanıblar, məni yenə götürüb aparmaq istəyirlər. Boynuma oğurluq cinayətini qoymaq istəyirlər. Sir-sifətimə baxın, 4 gündür məni döyüb-öldürürlər. Xahiş edirəm, dövlətim kömək eləsin mənə...", – Qəhrəmanov deyirdi.
Sonradan Qəhrəmanov haqqında yenidən həbs-qətimkan tədbiri seçilib.
O, məhkəmədə deyib ki, bağ evindəki oğurluğa heç bir aidiyyəti yoxdur: "Əvvəllər oğurluğa görə həbsdə olmuşam deyə, açılmayan oğurluq olan kimi atırlar üstümə. Özləri yazıblar, zorla mənə imzalatdırıblar. Mən ömründə o evdə olmamışdım. Məni ora apardılar, ev sahibini orada görəndə özünə də dedim ki, mənim bu işdən xəbərim yoxdur...".
28-yaşlı Qəhrəmanov hələ yetkinlik yaşına çatmadığı dövrdə Bakıda çoxsaylı mənzil oğurluqları ittihamı ilə 10 il azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən Əliyev də ittihamla razılaşmır. Deyir ki, nə bağ evindəki oğurluq məsələsində İsmayılla əlbir olub, nə də o cinayətdən xəbəri vardı. Onun sözlərinə görə, Qəhrəmanov rep oxuyurdu, studiyada musiqilər yazdırır, klip çəkdirirdi. Son vaxtlar özünün sürücülük vəsiqəsi olmadığına görə onun adına icarəyə avtomobil götürürdü. Həmin avtomobillər də klip çəkilişinə görə lazım olurdu.
İşi eyni hakim araşdırıb
Bakı Ağır Cinayətlər Məhkəməsində bu işi əvvəl bir dəfə pozuntulara görə geri qaytaran hakim Əli Məmmədov araşdırıb. Hakim belə nəticəyə gəlib ki, istintaqda pozuntulara yol verilib, amma bağ evindən oğurluğu Qəhrəmanov törədib. Onun 2022-ci ilin sentyabrında həbsdən buraxılana qədər həbsdə saxlandığı 8 aylıq müddət çıxılmaqla, üzərində 7 il 4 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Digər təqsirləndirilən Əliyevin isə əvvəl həbsdə saxlandığı 8 aylıq müddət çıxılmaqla, 2 il 4 aylıq cəzası qalıb.
2022-ci ilin oktyabrında Qəhrəmanovun polislər tərəfindən təzyiqə məruz qalması haqda görüntüləri yayılandan sonra Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilmişdi ki, Xətai rayonunda mənzillərdən birindən oğurluq haqda məlumat daxil olub: "Əməliyyat-axtarış tədbirləri nəticəsində əməlin İsmayıl Qəhrəmanov tərəfindən törədilməsi müəyyən edilib. O saxlanılıb, idarə etdiyi avtomobilə keçirilən baxış zamanı oğurluq əşyalar aşkar olunaraq götürülüb".
Məhkəmənin qarşısında polis əməkdaşları tərəfindən döyülməsi, zorla maşına mindirilməsi haqda iddialara gəlincə, o zaman DİN-in mətbuat xidmətindən bu məsələ ilə əlaqədar xidməti araşdırmalar başladığı vurğulanmışdı: "Nəticəsindən asılı olaraq bu məsələyə də hüquqi qiymət veriləcək".
"4 gündür məni döyüb-öldürürlər..." deyən şəxsə 8 il cəza kəsildi

Polisdən şikayəti olan vətəndaş haqqını qoruya bilirmi?
No media source currently available
2022-ci ilin oktyabrında Qəhrəmanovun polislər tərəfindən təzyiqə məruz qalması haqda görüntüləri yayılandan sonra Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilmişdi ki, Xətai rayonunda mənzillərdən birindən oğurluq haqda məlumat daxil olub: "Əməliyyat-axtarış tədbirləri nəticəsində əməlin İsmayıl Qəhrəmanov tərəfindən törədilməsi müəyyən edilib. O saxlanılıb, idarə etdiyi avtomobilə keçirilən baxış zamanı oğurluq əşyalar aşkar olunaraq götürülüb".
Məhkəmənin qarşısında polis əməkdaşları tərəfindən döyülməsi, zorla maşına mindirilməsi haqda iddialara gəlincə, o zaman DİN-in mətbuat xidmətindən bu məsələ ilə əlaqədar xidməti araşdırmalar başladığı vurğulanmışdı: "Nəticəsindən asılı olaraq bu məsələyə də hüquqi qiymət veriləcək".
Bölmənin xəbərləri