“28 May” stansiyasının girişi bağlandı - Sıxlığa görə

24/12/2018 - 21:24 11 191 0   0  

Bu gün axşam saatlarında "Bakı Metropoliteni"nin “28 May” stansiyasının əsas girişi qısamüddətli bağlanıb. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, buna səbəb stansiyada sərnişinlərin təhlükəsizliyinin təmin edilməsidir: "Pik saatlara görə stansiyada sərnişin sıxlığı müşahidə edilib. Sıxlıq yarandığı üçün qaydalara uyğun olaraq sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə stansiyanın əsas girişi saat 19:00 radələrində 5 dəqiqəlik bağlanıb. Sərnişin sıxlığı aradan qaldırıldıqdan sonra yenidən stansiyaya girişə icazə verilib. Hazırda qatarların hərəkətində heç bir problem yoxdur".