26 yaşlı gənc bıçaqlandı

02/04/2019 - 00:21 20 782 0   0  

Gəncədə cinayət törədilib.

Qafqazinfo-ya istinadən xəbər verilir ki, şəhər sakini, 1993-cü il təvəllüdlü Əhmədov Rabil Şahmar oğlu döş və qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Əməliyyat olunan gəncin vəziyyəti orta ağır qiymətləndiriıir.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.