2 milyona yaxın vəsaiti mənimsəyən şəxs azadlığa buraxıldı - Prokurorluq protest verib

07/05/2021 - 10:29 4 913 0   0  

Prokurorluq “Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanova verilən bəraət hökmündən protest verib.

APA xəbər verir ki, protest Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun icraatında araşdırılır.

Məhkəmənin ilkin baxış iclası keçirilib, növbəti iclasmayın 18-ə təyin edilib.

Qeyd edək ki, “Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanov dövlət büdcəsindən yaşayış binalarında 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan 2 milyona yaxın vəsaiti mənimsəməkdə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən onun barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb.