Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Neyva” bankının əməkdaşları pul dəstələrindən ibarət “yolka” qurublar. Bunun üçün 1,1 milyon avro və 1,2 milyon dollarlıq banknotlardan istifadə olunub.
Suveren.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə yerli “E1” nəşri məlumat yayıb. Nəşr şəhərdə ən qeyri-adi ofis “yolkası” müsabiqəsi keçirir.
Bank əməkdaşları məhz bu müsabiqədə iştirak məqsədilə sözügedən “yolka”nı hazırlayıblar.
Bankdan “E1”ə bildiriblər ki, pullar həqiqidir və bu, şübhə doğurmamalıdır.
“Yolka”nın harda yerləşməsinə gəldikdə isə bankdan onun daxili kabinetlərdən birində yerləşdiyini deyiblər:
“Özünüz bunun nə qədər böyük bir məbləğ olduğunu başa düşürsünüz. Bu, bizim daxili zinətimizdir”.
2 milyon dollarlıq yolka - FOTO

Bölmənin xəbərləri