1 MİLYON MANAT VERGİ BORCU OLAN ŞİRKƏT TENDERİN QALİBİ OLDU - 2 şirkətə 40 milyon manat ödəniləcək

07/05/2021 - 14:35 4 781 0   0  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq tədbirlərinin həyata keçirilməsi üçün kənd təsərrüfatı mallarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalında xəbər verilir ki, tenderin qalibi “Aqri Kon” və “Agro Best” QSC konsorsiumudur.

Qalib konsorsiuma 40,4 milyon manat ödəniləcək.

Şirkətlərdən birinin - “Aqri Kon”nun 1,045 milyon manat vergi borcu var.