Zərdabda güclü yanğın: Mal-qara tələf oldu

17/01/2019 - 16:34 5 119 0   0  

Zərdab rayonunda güclü yanğın hadisəsi qeydə alınıb.

Avropa.info-nun bölgə müxbirinin verdiyi məlumata görə, yanğın Zərdab rayonu Qoşaba ərazisində“1 may” küçəsi ev 42 ünvanında qeydə alınıb.

Belə ki, ilkin ehtimallara görə, qısqapanma səbəbindən yaranan yanğın nəticəsində Aslan Aslanova məxsus tövlə və ona məxsus 2 baş iribuynuzlu, bir baş isə xırdabuynuzlu heyvan yanıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti dərhal yanğına müdaxilə edərək yanğını söndürüb.

Verilən məlumatda insanların xəsarət almadığı lakin ailəyə külli miqdarda ziyan dəydiyi bildirilir.