“Zəlzələdən sui-istifadə etmək istəyənlər də var” - Komissiya sədri

06/02/2019 - 12:15 3 619 0   0  

Ötən gün ölkə ərazisində qeydə alınan zəlzələ İsmayıllı rayonun bütün yaşayış məntəqələrində hiss olunub.

Bu barədə Azvision.az -a İsmayıllı rayon fövqəladə hallar komissiyasının sədri, icra başçısının müavini Rövşən Ağayev məlumat verib. Komissiya sədri bildirib ki, zəlzələ ilə bağlı onlara 20-ə yaxın müraciət daxil olub. 
“İsmayıllı və Ağsu rayonları arasında olan Sulut, Kərəveyzə, Sərsurə kəndlərindən müraciətlər daxil olub. Dağıntı yoxdur, sadəcə çatlarla bağlı müraciət ediblər. Müraciətlər araşdırılır. Çünki bu hadisədən sui-istifadə etmək istəyənlər də olur”.