Ziya Bünyadov prospektində DƏHŞƏTLİ AVTOMOBİL QƏZASI: ölən var - Foto

29/10/2018 - 10:19 1 135 0   0  

Ziya Bünyadov prospekti, “Koroğlu” metrostansiyası istiqamətində dəhşətli avtomobil qəzası baş verib.
Qəza nəticəsində “Qazel” markalı avtomobil qarşısındakı bir neçə avtomobili əzib. Yoldan çıxan “Qazel” yolu iki hissəyə ayıran arakəsmənin üzərinə çıxandan sonra dayanıb.
Hadisə nəticəsində “Qazel”in sürücüsü başından ağır yaralanaraq yerindəcə keçinib.
“Mersedes” markalı avtomobilə ziyan dəysə də, onun sərnişinləri xəsarətsiz ötüşüblər.
Hadisə səhər saatlarında baş verdiyindən prospektdə avtomobil sıxlığı yaranıb.