Zimbabve prezidentinin ölkəmizə səfəri başa çatıb

19/01/2019 - 19:42 9 265 0   1  

Zimbabve prezidenti Emmerson Mnanqaqvanın Azərbaycana işgüzar səfəri yanvarın 19-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

E.Mnanqaqvanı hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.