Zaur Ramazanov işdən çıxarıldı

24/01/2019 - 20:30 8 890 0   0  

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının Aparatında struktur dəyişikliyi və yeni kadr təyinatı olub.

Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əsasında İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi yaradılıb.

Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə həmin şöbənin müdiri vəzifəsinə Elmin İmanov təyin edilib.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov isə yeni vəzifəyə təyinat almayıb.(report)