Zaqatalada güclü yağış: kəndi sel basdı - Video

01/12/2018 - 21:59 529 0   0  

Zaqatalaya yağan güclü yağış bir kəndi selə qərq edib.

“Report”un məlumatına görə, təbii hadisə rayonun Yolayrıcı kəndində baş verib.

Normadan artıq yağıntı nəticəsində kənddə avtomobil yolu və həyətyanı evləri sel suları basıb.

Hazırda selin fəsadları aradan qaldırılır.