Yük maşınları üçün ödəniş daha çox olacaq - PULLU YOLUN İSTİFADƏYƏ VERİLƏCƏYİ TARİX AÇIQLANDI

25/01/2019 - 07:05 6 376 0   0  

Azərbaycanda pullu yol sistemi bu ilin sonuna kimi Ələt-Astara-İran sərhədi avtomobil yolunda tətbiq ediləcək.

Suveren.az xezerxeber.az-a istinadən bildirir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli 'açıqlayıb.
Yolun Salyandan başlayaraq 170 km-lik hissəsi pullu olacaq. Artıq müasir sistemlərin alınması üçün müqavilə bağlanılıb və müvafiq vəsait ayrılan kimi bu avadanlıqlar ölkəmizə gətiriləcək.
Bundan başqa, yaxın günlərdə yolun Astara və Salyan rayonları ərazisindəki giriş-çıxış hissəsi də geniləndiriləcək. Eyni zamanda, bütün yol qovşaqlarında da xüsusi avadanlıqlar qurulacaq ki, sürücü ordan çıxdıqda alın şüşəsinə vuracağı kartdan yolun pulu avtomatik qaydada çıxılacaq.
Yolun hər kilometrinə görə ödənişinin nə qədər olacağı bilinməsə də, Anar Nəcəflinin sözlərinə görə, ödəniş günün tələbinə uyğun təyin ediləcək və yük maşınları minik maşınlarına nisbətən daha çox ödəniş edəcək. Amma bununla bərabər köhnə yolun da təmiri başa çatdırılacaq.
Quba Rusiya sərhədi istiqamətinə çəkilən digər pullu yolun 10 km-lik hissəsində artıq işlər başa çatdırılıb.