Yevlaxda 18 yaşlı oğlan həmyaşıdını qətlə yetirdi - YENİLƏNİB

24/12/2018 - 15:14 7 924 0   0  

Yevlax rayonunda 18 yaşlı oğlan həmyaşıdını qətlə yetirib.

"Report"un Qərb bürosunun məlumatına görə, Yevlax şəhər sakini, 18 yaşlı Əhmədli Ağa Mehman oğlu həmyaşıdı Nərmanov Namiq Yelmar oğlu tərəfindən 6 bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı Yevlax şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılılb, araşdırma aparılır.

*** 13:54

Yevlax rayonunda gənc oğlan bıçaqlanıb. 
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. 
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.