Yeni tikiləcək neft-kimya kompleksinin investisiya qiyməti açıqlanıb

14/01/2019 - 21:39 2 122 0   0  

SOCAR və BP-nin Türkiyədə neft-kimya kompleksinin tikintisi üzrə birgə layihəsinin investisiya dəyəri təxminən 1,5-2 milyard dollar təşkil edəcək.

Suveren.az trend-ə istinadən bildirir ki, bunu “SOCAR Turkey Enerji”nin baş direktoru Zaur Qəhrəmanov deyib.

Z.Qəhrəmanovun sözlərinə görə, neft-kimya kompleksinin tikintisi 2019-cu ilin ikinci yarısında planlaşdırılır:

“Biz müəssisənin 2022-ci ilin sonunda istifadəyə verilməsini gözləyirik”.