Yeni il şənliyi faciə ilə bitdi - 3 yaşlı uşaq öldü

05/01/2019 - 19:42 14 404 0   0  

Dağıstanda yeni il axşamı bir qrup gəncin şadyanlıq məqsədilə açdığı atəşdən yaralanmış 3 yaşlı uşaq bu gün Dərbənd şəhər xəstəxanasında vəfat edib.

Uşaq başından güllə yarası almışdı.

O, valideynləri ilə körpünün üstündə dayanaraq havaya buraxılan feyerverklərə baxırmış. Bu zaman bir dəstə gənc odlu silahdan atəş açmağa başlayıb. Güllələrdən biri uşağa dəyib.

Uşaq təcili əməliyyat olunsa da, 5 gündən sonra reanimasiyada vəfat edib.(teleqraf)