Yeni Dünya Düzəni "İNSANLIĞIN SÜMÜKLƏRİ" üzərində qurulacaq

05/04/2020 - 08:46 8 471 0   0  

İki gün əvvəl Rusiya telekanalında teleaparıcıya koronavirus epidemiyası bitdikdən sonra dünyanın necə dəyişəcəyi sualına bu sətirlərin müəllifi belə cavab verdi: “gözləməliyik – “qondarma” epidemiya fonu ilə qrimlənən Dünya Müharibəsində döyüşən iki tərəfdən hansının qalib olacağını... "bu müharibənin nəticələrini indi təxmin edə bilmərik ".

Əslində gələcək, onun istiqamətləri əsasən aydındır. Fakt budur ki, dünyanın hər yerində (hətta Çində də) kapitalizm coxdan və tam olaraq quruldu və oturuşduruldu - ticarət sənayesindən inkişaf edərək insanın bioloji təbiətinə - onun özünü qoruma instinktlərinə və müxtəlif fizioloji cəhətlərə əsaslanan sosial sistemə çevrildi.

Bu tip sosial quruluş tam anlaşılan və dəmir məntiqə malikdir. Müasir kapitalizm kapitalın - yəni pulun idarə etdiyi hakimiyyət piramidasını təmsil edir. Bəs pulun gücü nədir, onun əsas məqsədi nədir? Əslində - yalnız bir şey: daha çox pul və güc; qalan hər şey ikinci dərəcəlidir. Bu gün bu güc kütlələri qarışdırır - görünür ki, o toplumu “mal-qara” kimi tövləyə qatmaq istəyir. Metod isə məlumdur - genetik mənsubiyyətinə görə hər kəsə bir rolun verildiyi kasta cəmiyyətinin qurulması.

Kapitalizm inkişaf etməkdə ikən və hakimiyyətdə olanlara kapital toplamağa imkan verərkən, bu sistemdə mövcud olan sosial irqçilik əvvəlcə Qərbin daha çox mədəni olduğu haqda demaqoqiya altında maskalanmış, sonra isə “tolerantlıq” və “insan hüquqları” ritorikaları ilə üstü ört-basdır edilmişdir: milyardlarla mənən piketantrop  hələ də ən “azad” ölkələrin müstəmləkə soyğunçuluğu və zəiflərin talan edilməsindən zəli kimi qidalanmasına göz yumur. 20-ci əsrin hər iki dünya müharibəsi məhz buna görə törədilmişdi: öz vətənlərini qlobal müstəmləkələrin paytaxtı kimi gücləndirmək və genişləndirmək istəyinə görə.

Bu gün spekulyativ kapitalizm keçmiş inkişaf dinamikasını itirdi; iqtisadi artım böhrana uğradı və nəzarətsiz istehlakı stimullaşdırma siyasəti uğursuz oldu - və burada lider, Üçüncü Dünyanın qlobalizmin əleyhdarları və radikallarıdır. Birincilər,artıq sinfi mübarizəyə deyil, milyonlarla insanın öldürülməsindən planeti məhv etmək mərhələsinə keçir.

İkincilər - onların sayı Qərb üçün fəlakətli sürətlə böyüyür - əsrlər boyu davam edən zülm və alçaqlıqdan qisas almaqla "ağları" məhv etməyi xəyal edirlər. Solçu cərəyanların liderləri və Asiya-Afrika padşahlarını rüşvətlə satın alma mexanizmi indi təsirsizdir. Kor Qərb siklopu rus qoyununu yeməklə məşğul olarkən, Asiya-Afrika padşahları canavarlaşdı və Fed-in qiymətli kağızlarının əsas sahibləri oldu, bu gün Qərbdən və onun sərvətindən, gücündən, irqçiliyindən və mənəviyyatsızlığından narazı qalan Asiyalıların, Afrikalıların və Latınların böyüyən qoşunlarını dayandırmaq üçün “yeniliyə” ehtiyac duydu.

Bu gün qarşımızda duran bu "yenilik"dir. İsti müharibələrə və sosial inqilablara ehtiyacın qalmadığı, planetin hər bir sakininə öz roluna uyğun müəyyən olunmuş azadlıq, çörək və tamaşanın təyin olunduğu  rəqəmsal dünya icad edilmişdi. Müasir texnologiyalar artıq yeni dünya nizamını qurmağa imkan verir (NSA uzun müddət müvafiq proqram hazırlamışdır), lakin iki şərt var:

birincisi, Üçüncü Dünya Psixi Müharibəsinin nəticələrinə görə, bütün planetdə vacib aktivlər yenidən qurulmalı, ikincisi, dünya "əlavə" əhalidən təmizlənməlidir.

Bu "təmizlik" müharibəsi üçün yalnız səbəb tapmaq qalır. Ancaq insanlığı nüvə müharibəsi olmadan “çökdürməyə” imkan verəcək əsas səbəb - qlobal ağaların hamını çətin vəziyyətdə "sındırmaq" və "kənara atmaq" üçün dəmir "arqumentləri" var. Aydındır ki, 11 sentyabr 2001-ci il ssenarinin təkrarlanması artıq işləməyəcək. Daha böyük, daha qarmaqarışıq və hər kəsə toxunacaq bir şeyə ehtiyac var.

Yeni qlobal ssenarinin işə düşmə səbəbi dünya miqyasında sürətlə yayılan elə sirli bir infeksiya oldu ki, bunun qarşısını silahla yox, həm yoluxmuş, həm sağlam insanları rəqəmsallaşdırmaq və bədəninə Bill Gatesin haqqında danışdığı "sağlamlıq sertifikatı"-rəqəmsal döymələr və ya biometrik çiplər ilə almaq olar.

Yeni qlobal kapitalizmin bütün tərəfdarları və agentlərinin altına imza atdıqları ideal bir universal sxem.

Koronavirun vəba olmaması vacib deyil: qorxu və vahimə yaradan oliqarxiya mediası, habelə qlobal "pul borc verənlər" və "pul sahibləri" tərəfindən idarə olunan məmurlar, statistikanı şişirdərək tam lazım olan işi edəcəklər. Bəşəriyyətə psixi hücumun işləməsi üçün "pandemiya" karbohidrogen bazarına və birjaya edilən hücumlarla gücləndirildi.

"Pandemiyadan sonrakı dünya" indiki ilə müqayisədə daha ədalətsiz və qəddar olacaq.

Qlobal oliqarxiya Yalta sülh sazişlərini digər razılaşmalarla, qalib ölkələrin tərkibini yeni tərkiblə əvəz edəcək və İngiltərənin keçmiş baş naziri Gordon Braunun yaratmağı təklif etdiyi "dünya hökuməti"ni meydana gətirəcək. Sonra bu qrup BMT-ni yenidən quracaq və bu "çoxqütblü" dünyada bir dənə də suveren dövlət olmayan çoxqütblü dünya görüntüsü yaradacaq.

Virus üzərində "qələbədən" sonra hansısa təlxəklər ya da diktatorlar hər yerdə xalqı rahat idarə edən müxtəlif ideologiyalar - "qırmızı", "qara", "ağ" altında hakimiyyətə gələcəklər.

Sonra tədricən hər şey düzələcək. 5-10 ildə. Dünyanın hər yerində "ideolojik xoşbəxtlik", "texnotronik gələcək" adı altında, rəqəmsal blokçeynlə dəstəklənən, insanların davranışlarını idarə etmək üçün bir ideologiya hökm sürəcək. Əslində bu “insanlığı məhv etmək” proqramıdır.

Bəşəriyyət zorla kastalara bölünəcək, burada hər bir kasta öz küncünə (əraziyə, "rayon") və qidalanma üçün öz hissəsinə (serflər və bəzi əmlak) qısılmağa məcbur qoyulacaq.

Bəs bu durumda Rusiyanın taleyi necə olacaq? Rusiya üçün təhlükə təkcə infeksiya deyil, həm də səhnə arxasında olan qlobal dünyanın qlobal, əsas icraçıları BVF, Dünya Bankı və dövlətlərdən belə güclü olan bir sıra  transmilli şirkətlərdir .

Üçüncü Dünya Psixi Müharibəsinin ssenarisi yalnız qlobal oyunçulardan biri (və onların bölmələri) dünyaya dayadılan kursu pozmağa çalışarsa dəyişə bilər.

Əgər belə olmazsa, Bzezinskinin - Rusiyanın dağıntıları və sümükləri üzərində yeni bir dünya nizamının yaranacağına dair tanınmış plan və proqnozları dəhşətli  gerçəkliyə çevriləcək.

Gradator.ru

Tərcümə etdi: Ülviyyə Şükürova