Yaşayış minimumu 180 manat olacaq

01/01/2019 - 20:51 5 518 0   0  

Bu il yaşayış minimumu 180 manat olacaq.

Bu il Azərbaycanda ehtiyac meyarı 143 manat, yaşayış minimumu isə ölkə üzrə 180 manat olacaq.

Suveren.az oxu.az-a istinadla xəbər verir ki, bu il ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq olunub.

2019-cu il üçün yaşayış minimumu isə ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.