Yasamalda partlayışın səbəbi ehtiyatsızlıq olub - RİH-dən açıqlama

09/01/2019 - 14:56 2 326 1   0  

Xəbər verildiyi kimi, yanvar ayının 9-u gecə saatlarında Yasamal rayonu, Tolstoy küçəsi 40 ünvanında birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.

Yasamal Rayon İcra Hakimiyyətindən əldə edilən məlumata görə həmin ünvanda aparılan ilkin araşdırmalardan buradakı hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyi məlum olmuşdur. Çox güman ki, mənzildə qaz xətti açıq olub, bu da gecə vaxtı köhnə xətlərdən qazın sızmasına və partlayışa səbəb olmuşdur.
Məsələnin araşdırılması davam edir.