Yasamalda iki ev yandı

31/10/2018 - 22:14 11 677 0   0  

Bakının Yasamal rayonunda iki ev yanıb.

FHN-dən verilən məlumata əsasən, ümumi sahəsi 50m² olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin taxtadan ibarət yanar konstruksiyaları 25 m² sahədə, 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 12 m² sahədə və bitişik tikilmiş ümumi sahəsi 40 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 18 m² sahədə yanıb.

Hər iki evin qalan hissəsi və digər bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.