Yaponlar Asiya kubokunun finalına çıxıb

28/01/2019 - 22:41 12 853 1   0  

Futbol üzrə Asiya Kubokunda ilk finalçı müəyyənləşib.

Suveren.az xəbər verir ki, ilk yarımfinal qarşılaşmasında İran və Yaponiya komandaları üz-üzə gəlib. Qarşılaşma Yaponiyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, digər yarımfinal görüşündə Qətər və Birləşmiş Ərəb Əmirlikləri komandaları qarşılaşacaq. Həmin görüş yanvarın 29-da Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Final matçı isə fevralın 1-də baş tutacaq.